Şəmkirdə avtomobil ağaca çırpılıb, gənc oğlan ölüb

Bakı. 25 may. REPORT.AZ/ Şəmkir rayonunda avtomobil ağaca çırpılıb, 23 yaşlı oğlan ölüb.

FHN-dən “Report”a bildirilib ki, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.

“VAZ” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb. Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1995-ci il təvəllüdlü Nəsibov Elmar Çingiz oğlunun cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Qəzanın səbəbləri araşdırılır.

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45
DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48