Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, qəza rayonun Sabirkənd kəndi ərazisində qeydə alınıb.
Belə ki, "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü, Şəmkir rayonunun Sabirkənd kənd sakini, 1995-ci il təvəllüdlü Seyrac Nizami oğlu Məmmədov aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırma aparılır.