Şəmkirdə avtomobil 54 yaşlı piyadanı vurub

Şəmkir. 28 oktyabr. REPORT.AZ/ Şəmkir şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin 2-ci və 3-cü küçələrinin kəsişməsində qeydə alınıb.

Yolu qarşı tərəfə keçmək istəyən 54 yaşlı Zahid Məmmədovu avtomobil vurub. O, müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər