Şəmkirdə 80 yaşlı qadını traktor vurub

Şəmkir. 4 sentyabr. REPORT.AZ/ Şəmkirdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayonun Dəllər qəsəbəsində baş verib. 

Belə ki, qəsəbə sakini, 80 yaşlı Münəvvər Əliyeva qızının evinə gedən zaman onu traktor vurub. Nəticədə qadın xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50