Şəmkirdə 66 yaşlı kişi sirkə turşusu içərək ölüb

Şəmkir. 23 fevral. REPORT.AZ/ Şəmkir rayon sakini sirkə turşusu içərək ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə fevralın 22-də Şəmkir şəhəri ərazisində baş verib.

Belə ki, şəhər sakini 1951-ci il təvəllüdlü Çingiz Əliyev sirkə turşusundan zəhərlənib. Xəstəxanaya yerləşdirilən Ç.Əliyev orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47