Şəmkir rayonunda döyülmə faktı qeydə alınıb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Alabaşlı kəndində qeydə alınıb.
Şəmkir rayon sakini, 1966-cı il təvəllüdlü G.B-yeva yaşadığı evdə döyülərək müxtəlif bədən xəsarətləri alıb. O, ağır halda xəstəxanaya aparılıb.
Qadının dediyinə görə, onu bacısı və keçmiş əri döyüb.
Faktla bağlı araşdırma aparılır.