Şəmkirdə 52 yaşlı kişi intihar edib 

Şəmkir rayonunda intihar hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Qaracəmirli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1969-cü il təvəllüdlü Xaliq Verdiyev özünü ağacdan asaraq intihar edib.

İntiharın səbəbi hələlik məlum deyil.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Digər xəbərlər