Şəmkirdə 4 yaşlı qız bədbəxt hadisə nəticəsində ölüb

Şəmkir rayonunda 4 yaşlı qız bədbəxt hadisə nəticəsində ölüb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Şiştəpə kəndi ərazisində baş verib.

Belə ki, həmin kəndin sakini, 2015-ci il təvəllüdlü Aslanova Damla turnikdən sallanan zaman qəfildən turnik sınıb və üzərinə düşüb. Yaxınları tərəfindən Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və cərrahiyyə əməliyyatına alınıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Digər xəbərlər

Hacıqabulda zəlzələ olub 19 noyabr, 2026 / 10:28
Qobustanda top mərmisi tapılıb 18 noyabr, 2026 / 10:31