Şəmkirdə 35 yaşlı kişi bıçaqlanıb

Şəmkir şəhəri ərazisində 1987-ci il təvəllüdlü A. Süleymanov mübahisə zəminində bıçaqlanıb.

“Report”un Qərb bürosunun məlumatına görə, yaralı şəxs xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

Hadisənin kim tərəfindən və hansı səbəbdən törədildiyi hələ məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər