Şəmkirdə 35 yaşlı kişi bıçaqlanıb

Şəmkir şəhərində bıçaqlanma hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Şəmkir rayon sakini, 1984-cü il təvəllüdlü Camal Həsənov qarın nahiyəsindən bıçaqlanıb.

Yaralı xəstəxanaya aparılıb və cərrahiyyə əməliyyatı olunduqdan sonra Reanimasiya Şöbəsinə yerləşdirilib. C.Həsənovun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisənin hansı şəraitdə baş verdiyi hələ ki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39