Şəmkirdə 33 yaşlı kişi bıçaqlanıb

Şəmkir rayonunda yerli sakin naməlum şəraitdə bıçaq xəsarəti alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Qaracəmirli kənd sakini, 1989-cu il təvəllüdlü T.Yusifov naməlum şəraitdə bıçaq xəsarəti alıb.

Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

Onun kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər