Şəmkirdə 30 yaşlı kişi kəsici alətlə özünə xəsarət yetirib

Şəmkir rayonunda yerli sakin özünə xəsarət yetirib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Kür qəsəbəsində qeydə alınıb.

Rayon sakini, 30 yaşlı E.Cəfərov hələ ki, məlum olmayan səbəbdən kəsici alətlə özünə müxtəlif bədən xəsarətləri yetirib.

O, Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralının vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər