Şəmkirdə 28 yaşlı gənc bıçaqlanıb

Şəmkirdə yerli sakin bıçaqlanıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayon sakini, 1992-ci il təvəllüdlü Əli Rəsilov bıçaqlanaraq xəsarət alıb.

O, xəstəxanaya aparılıb. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirlir. 

Hadisənin kim tərəfindən və hansı səbəbdən törədildiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Hacıqabulda zəlzələ olub 19 noyabr, 2026 / 10:28
Qobustanda top mərmisi tapılıb 18 noyabr, 2026 / 10:31