Şəmkirdə 26 yaşlı oğlan bıçaq xəsarəti aldı

Şəmkir rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Çardaqlı kəndində baş verib. 

Rayon sakini, 1994-cü il təvəllüdlü Nicad Əsədov tanışı tərəfindən bıçaqlanıb. Yaralı Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib.

Hadisənin təfərrüatları hələ ki, məlum deyil. Cinayəti törədən şəxsin saxlanıldığı bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər