Şəmkirdə 20 yaşlı qadın intihara cəhd edib

Şəmkir. 19 dekabr. REPORT.AZ/ Şəmkir rayonunda 20 yaşlı qadın intihara cəhd edib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Posanlı kəndin sakini, 1996-cı il təvəllüdlü, Məmmədova Pərvanə Vəli qızı ailə münaqişəsi zəminində müxtəlif dərmanlar içərək intihara cəhd edib.

Zəhərlənən qadın yaxınları tərəfindən Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona dərhal həkimlər tərəfindən tibbi yardım göstərilib.

Hazırda Pərvanə Məmmədovanın vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45