Şəmkirdə 20 yaşlı gənc bıçaqlanıb

Şəmkirdə bıçaqlanma hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü E.Əliyev mübahisə zəminində bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

E.Əliyevin kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı hələ məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54