Şəmkirdə avtomobillər toqquşub, ölən var 

Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə görə, hadisə rayonun Kür Qəsəbəsində qeydə alınıb.

BMW və VAZ markalı avtomobillərin toqquşması zamanı sürücülərdən biri - 1984-cü il təvəllüdlü Ramiz Qəhrəmanov aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47