Şəmkirdə 18 yaşlı oğlan bıçaqlanıb

Şəmkir. 1 may. REPORT.AZ/ Şəmkir rayonunda 18 yaşlı gənc bıçaqlanıb. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Könüllü kəndi ərazisində baş verib.

Belə ki, həmin kəndin sakini, 2000-ci il təvəllüdlü Mətləb Seyfəddin oğlu Ələkbərli mübahisə zəminində həmyerlisi tərəfindən bıçaqlanıb. 

Yaralı xəstəxanaya yerləşdirilib və cərrahiyyə əməliyyatı olunub. 

Onun kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı araşdırılır. 

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47