Şəmkirdə 14 yaşlı qız bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb

Şəmkir. 14 oktyabr. REPORT.AZ/ Şəmkirdə 14 yaşlı qız ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.

“Report”un Qərb bürosunun məlumatına görə, Şəmkir rayon Sabirkənd kənd sakini, 2003-cu il təvəllüdlü Rüstəmova Nərgiz Elşən qızı döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Əməliyyat olunan 14 yaşlı qızın vəziyyəti hazırda orta-ağır olduğu bilridilir.

Yaxınlarının dediyinə görə, N.Rüstəmova həyatyani sahədə nar yığan zaman yıxılıb və ağac onun döş qəfəsinə batıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47