Şəmkirdə 10 yaşlı uşağı avtomobil vurub

Şəmkir. 28 oktyabr. REPORT.AZ/ Şəmkir rayonunda 10 yaşlı piyadanı avtomobil vuraraq ağır yaralayıb.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Dəllər Cəyir kəndində Bəylərov Elxan Tapdıq oğlu idarə etdiyi "VAZ-21011" markalı avtomobillə yolu qarşı tərəfə keçmək istəyən 2008-ci il təvəllüdlü Əliyev Tuncay Vuqar oğlunu vurub.

Nəticədə piyada müxtəlif bədən xəsarətləri alaraq öncə Şəmkir rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Gəncə şəhərində yerləşən özəl xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Şəmkirdə 7 yaşlı qızı maşın vuraraq öldürüb.

Digər xəbərlər

Lerik rayonunda zəlzələ olub 27 sentyabr, 2026 / 11:31
Laçında traktor minaya düşüb 26 sentyabr, 2026 / 11:51
Axtarışda olan 198 nəfər tutulub 26 sentyabr, 2026 / 10:36