Bakı. 3 yanvar. REPORT.AZ/ Şəmkir şəhər sakini bədbəxt hadisə nəticəsində ölüb.
“Report”un Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, yanvarın 1-də Şəmkir şəhəri ərazisində şəhər sakini Sahib Mayılov özünə məxsus “KamAZ” markalı avtomobildə baş verən nasazlığı aradan qaldırarkən baş nahiyəsi avtomobilin qanadı ilə təkəri arasında qalıb. O, hadisə yerində ölüb.
Faktla bağlı araşdırma apaılır.