Şəmkir sakinini qatar vurub

Bakı. 19 avqust. REPORT.AZ/ Şəmkir rayonunda qatar kişini vuraraq öldürüb.

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Şəmkir rayonunun Zəyəm qəsəbəsində, Qazax-Bakı sərnişin qatarı ilə Sabirkənd kənd sakini Xaliq Bayramov vurulub. X.Bayramov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48