Şəmkir sakinindən tapança götürülüb

Bakı. 11 iyul. REPORT.AZ/ Şəmkir sakinindən kustar üsulla düzəldilmiş tapança və 6 ədəd patron götürülüb.

“Report” Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları birgə əməliyyat keçiriblər.

Əməliyyat tədbirləri nəticəsində paytaxtın N.Nərimanov rayonu ərazisində Şəmkir rayon sakini Mübariz Lətifoğludan kustar üsulla düzəldilmiş tapança və 6 ədəd patron götürülüb.

Digər xəbərlər

DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48
Şəkidə 4 nəfəri çaqqal dişləyib 11 sentyabr, 2026 / 13:05