Şəmkir rayon sakinində ov tüfəngi aşkarlanıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mahmudlu kənd sakini A.Muradovdan müvafiq sənədləri olmayan “Krupp Stahl” markalı ov tüfəngi götürülüb.