Şəmkir rayon sakinində nömrəsi silinmiş tüfəng aşkar edilib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xuliqanlıq zəminində ov tüfəngindən havaya atəş açdığına görə saxlanılan G.Yolçuyevin yaşadığı evə baxış zamanı nömrəsi silinmiş “İJ-43” markalı tüfəng aşkar edilərək götürülüb.