Şəmkir sakini özünə odlu silahdan atəş açıb

Şəmkir. 28 Sentyabr. REPORT.AZ/ Şəmkir rayon sakini özünə odlu silahdan atəş açıb. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Yeni Həyat 
qəsəbəsində baş verib.
Belə ki, həmin qəsəbə sakini, 1975-ci il təvəllüdlü Fəxrəddin Ələddin oğlu Aslanov özünə ov tüfəngindən atəş açaraq xəsarət yetirib. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb və əməliyyat olunub. Xəstəxanadan F.Aslanovun vəziyyətinin ağır olduğu bildirilib: "Yaralı əməliyyat olunub, vəziyyəti ağırdır. O, sağ qolundan yaralanıb".

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45
DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48