Şəmkir sakini naməlum şəxs tərəfindən bıçaqlanıb

Şəmkir. 16 iyun. REPORT.AZ/ Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Talış kənd sakini, 1972-ci il təvəllüdlü Mehdiyev Həbib Əli oğlu bıçaqlanıb.

Qarın nahiyəsindən bıçaq yarası almış yaralı Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və əməliyyat edilib. Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirir.

H.Mehdiyevin hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı araşdırılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39