Şəmkir sakini həmkəndlisini bıçaqlayıb

Bakı. 4 yanvar. REPORT.AZ/ Şəmkirdə həmkəndlisini bıçaqlayan şəxs saxlanılıb.

"Report" xəbər verir ki, yanvarın 3-də Şəmkir rayonunun Seyfəli kəndində kənd sakini İlkin Məmmədov münaqişə zəminində həmkəndlisi Elmir Mehdizadəyə bıçaqla xəsarət yetirib.

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Məmmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48