Şəmkir dəmir yolu stansiyasından boru oğurlamaq istəyən şəxs tutulub

Bakı. 23 aprel. REPORT.AZ/ Şəmkir rayonunda 180 metr metal borunu oğurlamağa cəhd göstərən şəxs tutulub. 

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib. 

Məlumata görə, DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən Şəmkir dəmir yolu stansiyasının ərazisindən 180 metr metal borunu oğurlamağa cəhd göstərən Gəncə şəhər sakini Yunis Aydınov saxlanılıb. 

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14