Şəkidə yük avtomobilləri toqquşub, yaralı var

Şəkidə şəhərində yol qəzası baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, “Ford” və “KamAZ” markalı iki yük avtomobili toqquşub. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, Təcili Tibbi yardım Stansiyasının həkimləri və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. "Ford" markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalan sürcü 1991-ci il təvəllüdlü Elçin Hüseynov xilasetmə qüvvələri tərəfindəın xüsusi avadanlıqlardan istifadə olunmaqla çıxarılaraq "təcili yardım" avtomobili ilə xəstəxanaya çatdırılıb.  

Faktla bağlı araşdırmalara başlanılıb. 

Digər xəbərlər

Gəncədə ev yanıb, ölən var 26 mart, 2026 / 10:51