​Şəkidə yanğın hadisəsi baş verib

Bakı. 20 fevral. REPORT.AZ/ Səhər saatlarında Şəki rayonunun Baş Göynük kəndində yanğın hadisəsi baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, vətəndaşa məxsus tövlənin yanar konstruksiyaları və çardağına yığılmış 6 ton ot bağlaması yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Digər xəbərlər

Binəqədidə obyekt yanır 27 iyul, 2026 / 12:07