Şəkidə tikilməkdə olan hoteldən oğurluq edilib

Şəki. 3 oktyabr. REPORT.AZ/ Şəki rayonunda tikintisi başa çatmayan hoteldən oğurluq edilib. 

"Report"un Şimal-qərb bürosununməlumatına görə, hadisə Sahib Yusifova məxsus tikilməkdə olan hoteldə baş verib.
Belə ki, sentyabrın 30-da naməlum şəxs tikintiyə daxil olaraq, oradan 1800 metr elektrik naqili və inşaat materialları oğurlayb. 

Şəki Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkldaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Şəki şəhər sakini Ramin Yusifov tutulub. 

Faktla bağlı Şəki ŞRPŞ-də araşdırmalara başlanılıb.

Digər xəbərlər

Xırdalanda restoran yanıb 04 sentyabr, 2026 / 09:37