Şəkidə selin apardığı körpü-keçid bərpa olunur

Şəkidə ötən gün sel sularının apardığı körpü-keçid bərpa edilir.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, mayın 24-də axşam saatlarında intensiv yağışlar nəticəsində ərazidən keçən sel rayonun Cunud kəndini Şəki şəhəri və Baş Layısqı kəndi ilə birləşdirən körpü-keçidi yararsız vəziyyətə salıb.

Nəticədə kənd əhalisinin şəhərlə gediş-gəliş əlaqəsi kəsilib.

Bu gün səhər saatlarından etibarən, Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən keçidin bərpa işlərinə başlanılıb. Hazırda ərazidə texnikaların köməyi ilə bərpa işləri aparılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14