Şəkidə qəza olub, ölən və yaralananlar var - FOTO - VİDEO

Şəkidə ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal-Qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında rayonun Köbər-Zəyzid kəndi ərazisində qeydə alınıb.

Belə ki, iki "VAZ" markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Fakt bağlı araşdırma aparılır.

Digər xəbərlər

Qazaxda avtomobil aşıb, ölən var 29 dekabr, 2025 / 12:19