Şəkidə ölümlə nəticələnən yol qəzası olub

Şəki şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Şəkinin Vərəzət kəndi ərazisində qeydə alınıb.

Belə ki, Şəki sakini Vüqar Cəlilovun idarə etdiyi “VAZ-21011” markalı avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə avtomobildə olan sərnişin, 27 yaşlı Şahmar Mustafayev aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda fərdi ev tam yanıb 21 mart, 2026 / 17:18