Goranboy. 6 fevral. REPORT.AZ/ Goranboyda gənc oğlan qollarını kəsərək özünə xəsarət yetirib.
"Report"un Qərb bürosu xəbər verir ki, 1995-ci il təvəllüdlü yerli sakin Elnur Səmədov Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Zərərçəkənə tibbi yardım göstərildikdən sonra o, ambulator müayinə buraxılıb.
Hazırda hadisənin hansı səbəbdən baş verdiyi ilə bağlı araşdırma aparılır.