Şəkinin Bolludərə kəndi ərazisində baş verən yol qəzası zamanı xəsarət alanların sayı 5-ə çatıb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, xəsarət alanlar bir ailənin üzvləridir: Füzuli Əhmədov, Nazikə Əhmədova, Raziyə Əhmədova, Zülfiyyə Məhərrəmova, Sənubər Əhmədova.
Qeyd edək ki, qəza ötən gün axşam saatlarında qeydə alınıb. Kənd sakini Füzuli Əhmədovun idarə etdiyi "VAZ-2103" markalı avtomobil yoldan çıxaraq aşıb.
Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda onların müalicəsi xəstəxanada davam edir.
22:44
Şəkidə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, qəza bu gün axşam saatlarında Bolludərə kəndi ərazisində qeydə alınıb.
Kənd sakini Füzuli Əhmədovun idarə etdiyi "VAZ-2103" markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə Füzuli Əhmədov, onun həyat yoldaşı, qızı və nəvəsi müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda onların müalicəsi xəstəxanada davam edir.
Faktla bağlı araşdırma aparılır.