Şəkidə 5 otaqlı ev yanıb

Şəki rayonunda güclü yanğın baş verib.

“Report” Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonun Kiçik Dəhnə kəndində ümumi sahəsi 200 m² olan birmərtəbəli 5 otaqdan və aynabənddən ibarət evin yanar konstruksiyaları və evə bitişik ümumi sahəsi 30 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər xəbərlər

Şamaxıda zəlzələ olub 22 fevral, 2026 / 07:12
Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41