Şəkidə 3 nəfərdən qanunsuz silah-sursat aşkarlanıb

Şəki. 1 fevral. REPORT.AZ/ Şəki rayonunda 3 nəfərdən qanunsuz silah aşkarlanıb.

Bu barədə "Report"a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, daxil olmuş məlumat əsasında Şəki rayonunun Baş Zəyzid kəndi ərazisində kənd sakinləri Ə.Kərimov, H.Ağaşirinov, A.Musayev və M.Kərimov saxlanılıblar. Onlardan müvafiq sənədləri olmayan 3 ədəd “TOZ” markalı tüfəng və 32 ədəd patron aşkar edilərək götürülüb və Şəki Şəhər Rayon Polis Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər