Şəkidə 29 yaşlı şəxsin üzərinə ağac aşaraq ölüb

Şəkidə 29 yaşlı şəxsin üzərinə ağac aşaraq ölüb.

"Report"un əldə etdiyi məlumata görə, hadisə rayonun Cumakənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, Aşağı Göynük kənd sakini, 1994-cü il təvəllüdlü Səxavət Balacayev işlədiyi evin həyətində ağac kəsərkən üzərinə aşıb. Nəticədə o, aldığı xəsarətlərdən keçinib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47