Şəkidə 28 yaşlı gənc göldə batıb

Şəki. 4 sentyabr. REPORT.AZ/ Şəkidə 28 yaşlı gənc göldə batıb.

"Report" un Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayonun Fazıl kəndində baş verib.

Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Vüsal Mehman oğlu Məmmədov kənd ərazisində göldə çimərkən boğulub. Onun cəsədi sudan çıxarılıb.

Qeyd edək ki, V. Məmmədov Fazıl kəndinə qonaq gəlib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər