Şəkidə valideyninin nəzarətindən yayınan körpə ağır xəsarət alıb.
“Report” xəbər verir ki, hadisə Oxud kəndində qeydə alınıb.
Belə ki, 2018-ci il təvəllüdlü Şükürlü İnci Röyal qızı anasının diqqətindən yayınaraq yıxılıb. Nəticədə o, ağır bədən xəsarətləri alıb. Azyaşlı Şəki Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub. İ.Şükürlünün vəziyyəti ağır olduğundan o, Bakıdakı xəstəxanalardan birinə göndərilib.
Ramin Şahbazov