TƏBİB Şəkidə yeniyetmənin ölümünün ilkin səbəbini açıqlayıb - YENİLƏNİB

Şəki rayonunda 11 yaşlı yeniyetmənin ölümünün ilkin səbəbi açıqlanıb.

"Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, 2014-cü il təvəllüdlü şəxsə kəskin ürək çatışmazlığı və assit (qarın boşluğunda mayenin yığılması) diaqnozu təyin olunub.

Göstərilən zəruri tibbi yardımlara və həkimlərin çoxsaylı müdaxilələrinə baxmayaraq, ölüm faktı qeydə alınıb.

10:10

Şəki rayonunda 11 yaşlı yeniyetmə ürək çatışmazlığından ölüb.

"Report" un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Cumakənd kəndində baş verib.

Kənd sakini, 2014-cü il təvəllüdlü Rüzgar Ağabalayev halı pisləşdiyi üçün yaxınları tərəfindən Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və orada ürək çatışmazlığından həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Qazaxda avtomobil aşıb, ölən var 29 dekabr, 2025 / 12:19