Şəki Suvarma Sistemləri İdarəsinin rəisi vəfat edib

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin idarə rəisi vəfat edib.

“Report”un məlumatına görə, ASC-nin Şəki Suvarma Sistemləri İdarəsinin rəisi Sadəddin Əhmədov dünyasını dəyişib.

Onun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, S.Əhmədov 2014-cü ildə Prezident İlham Əliyev tərəfindən su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Digər xəbərlər