Şəki sakinləri tüfəng satarkən tutulublar

Bakı. 1 iyun. REPORT.AZ/ Şəki sakinləri tüfəng satmaq istəyərkən tutulublar.

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Şəki Şəhər Rayon Polis Şöbəsi (ŞRPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Baş Göynük kənd sakinləri Eldar Aslanov və əvvəllər məhkum olunmuş Teymur Nöybərov nömrəsi silinmiş “TOZ-8” markalı tüfəngi satarkən tutulublar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27