Səfir: "İraq vətəndaşı öz soydaşlarından 5 min dollar alıb"

Bakı. 6 noyabr. REPORT.AZ/ "Bakıda yaşayan İraq vətəndaşı Yusif əl Haşımi 40 soydaşına Azərbaycan ali təhsil ocaqlarına düzəltməyi vəd edərək hər birindən 5 min dollar pul alıb".

"Report" xəbər verir ki, bunu İraqın Azərbaycandakı səfiri Fadhi Avad Cebur əl-Şuvayli mətbuat konfransında deyib.

Diplomat Azərbaycanın aidiyyatı qurumlarını bu şəxsə diqqət yetirməyə, Təhsil Nazirliyini isə onunla əməkdaşlıq etməməyə çağırıb.

Digər xəbərlər