Sədr: “Milli Məclisin gələcək iclaslarını onlayn qaydada keçirməyi planlaşdırırıq”

“Bu gün koronavirus infeksiyası dünyanın 190-dan çox ölkəsinə yayılıb. Azərbaycan Prezidenti və Birinci vitse-prezidentin gördüyü işlər nəticəsində bu infeksiya ilə bağlı ölkəmizdə qabaqlayıcı tədbirlər həyata keçirilir”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deyib.

O bildirib ki, Milli Məclis koronavirusla mübarizə çərçivəsində xüsusi iş rejimində fəaliyyət göstərir:

“Biz Milli Məclisin gələcək iclaslarını onlayn qaydada keçirməyi planlaşdırırıq”.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47