“Sədərək” Ticarət Mərkəzindən oğurluq etmək istəyən şəxs saxlanılıb

Bakı. 6 aprel. REPORT.AZ/ “Sədərək” Ticarət Mərkəzindən oğurluq etmək istəyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, aprelin 4-də “Sədərək” Ticarət Mərkəzindəki mağazaların birindən dəyəri 360 manat olan 2 ədəd “Ariston” su qızdırıcısını oğurlayaraq qaçmağa cəhd göstərən şəxs Qaradağ Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

10-cu Polis Bölməsinə təhvil verilən həmin şəxsin Sumqayıt şəhər sakini Xəyal Bağırov olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14