Sədərək Ticarət Mərkəzində orta yaşlı kişi bıçaqlanıb

Bakı. 14 noyabr. REPORT.AZ/ Bakıda ticarət mərkəzində dava zamanı orta yaşlı kişi bıçaqlanıb.

"Report" xəbər verir ki, hadisə Qaradağ rayonu ərazisində yerləşən Sədərək Ticarət Mərkəzində baş verib.

1985-ci il təvəllüdlü Rzayev Raman Ədalət oğlu mübahisə zəminində bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Fakt Qaradağ Rayon Polis İdarəsində araşdırılır.

Digər xəbərlər

Ordubadda qaya uçqunu olub 31 mart, 2026 / 12:15