Səbaildə avtomobil yeniyetməni vurdu

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb.

Belə ki, 2009-cu il təvəllüdlü Məmmədli Nizami Elnur oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol bazu oynağının əziyi diaqnozu qoyulub.

Digər xəbərlər

Şəkidə evdə partlayış olub 23 yanvar, 2026 / 09:36